<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>340</hymn_number>
<title>Yolu həm həqiqi, həm də düz yoldur İL340</title>
<lyrics>[V1]
 Yolu həm həqiqi, həm də düz yoldur,
 Bu yola üz tutub yerimək gərək.
 Allaha, həyata aparan yoldur,
 Şübhə etməyərək inanmaq gərək.

[C1]
   O bizi sevibdir, biz Onu deyil,
   O bizi seçibdir, biz Onu deyil.
   Ey günahkar insan, azad olmaq üçün
   Məsihə inanmaq, inanmaq gərək.
   Allahın Oğluna iman edərək,
   Onu ürəyinə buraxmaq gərək.

[V2]
 Kor kimi zülmətdə dolaşır insan,
 Günah dəryasında boğulur insan,
 Çarəsiz qalaraq sarsılır insan,
 İşığı Məsihdə aramaq gərək.

[V3]
 Məsih insanın kimliyinə baxmaz,
 Daşıdığı günah yükünə baxmaz,
 Ağlına,hüsnünə,varına baxmaz,
 Verdiyi sədəqə,qurbana baxmaz.

[C2]
   O bizdən qurban yox, mərhəmət istər,
   Özünə bəraət yox, tövbə istər,
   Riyasız, hiyləsiz məhəbbət istər,
   Məsihdən nümunə götürmək gərək.
   Allahın Oğluna iman edərək
   Onu ürəyinə buraxmaq gərək</lyrics>
</song>